Rusiyalı jurnalist Yelena Milaşina Çeçenistanda döyülüb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, "Novaya qazeta"nın keçmiş əməkdaşı ölümcül vəziyyətə salınıb.
Milaşina və vəkil Aleksandr Nemov Qroznı hava limanından gələrkən yolda döyülüblər. Onlar Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayeva barəsində hökmü işıqlandırmaq üçün Çeçenistana getmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.