Şahzadə Uilyam qardaşı Şahzadə Harrinin kral ailəsinə qayıtmaq istəyindən qəzəblənib. Bu barədə “The Mirror” mənbəyə istinadən məlumat yayıb.
Bir gün əvvəl İngiltərə mediası yazmışdılar ki, şahzadə Harri xərçəng xəstəliyindən müalicə olunan atası, Böyük Britaniya kralı III Çarlzı dəstəkləmək üçün müvəqqəti olaraq krallıq vəzifələrini yerinə yetirməyə hazır olduğunu bildirib. Lakin Şahzadə Uilyamın yaxın çevrəsindən olan mənbə bildirib ki, o, qardaşının ailəyə qayıtmasına icazə verməyəcək.
“Əgər kimsə daha çox məsuliyyət götürəcəksə, bu, Uilyam olacaq, amma bu hələ gündəmdə deyil. Onun diqqəti indi atasının, ailəsinin sağlamlığına və monarxiya üçün ən vacib işlərə yönəlib. Harrinin istənilən vəzifədə qayıtma ehtimalı sıfırdır”, - deyə insayder əlavə edib.
Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu bildirib. Qeyd olunur ki, xəstəlik səbəbindən monarx müvəqqəti olaraq ictimai vəzifələrini təxirə salacaq. Bununla belə, kral rəsmi sənədləri nəzərdən keçirməyə və dövlət işlərini aparmağa davam edəcək. Fevralın 6-da Şahzadə Harri atasını görmək üçün gəlib, lakin onunla cəmi 30 dəqiqə vaxt keçirə bilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.