İsraillə aparılan danışıqlar zəiflik əlaməti və ya güzəşt demək deyil, əksinə bu, müharibənin sona çatdırılmasına yönəlib.
Bu bəyanatı Livan Prezidenti Cozef Aun Cezzine bölgəsini təmsil edən deputatlar və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
Livan Prezidentinin sözlərinə görə, danışıqlarda iştirak etmək qərarı hücumların dayandırılması, İsrail qoşunlarının geri çəkilməsi və əsirlərin qaytarılması şərti ilə uzun onilliklər davam edən müharibə, ölüm və dağıntılardan sonra sülhə nail olmaq məqsədi daşıyır.
O, həmçinin Livan vətəndaşlarını bu prosesdə hökumətin yanında olmağa çağırıb.
Prezident qeyd edib ki, Hizbullah və onun tərəfdarları tərəfindən səsləndirilən etirazlara və narahatlıqlara baxmayaraq, ölkənin maraqları naminə birlik nümayiş etdirilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.