AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ASAN xidmət” əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

  • + A
  • - A
  • 5-03-2024, 18:34

    “ASAN xidmət” əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları “Koreya təcrübəsi: Universitetlər Dinamik Startap Ekosistemlərinin təminatçısı rolunda” adlı beynəlxalq tədbirdə iştirak ediblər. Səfər Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində baş tutub.


    Universitetlərin professorları iştirakçıları innovasiya və startap ekosistemlərinin inkişafı üzrə təcrübələr barədə məlumatlandırıblar.

    Eyni zamanda startapların inkişafı, dəstək proqramları və layihələr barədə təqdimatlar baş tutub.

    Tədbir çərçivəsində dövlət qurumlarından və universitetlərdən olan nümayəndələr təcrübələrini bölüşüblər və əməkdaşlıq imkanları müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR