AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

  • + A
  • - A
  • Bu gün, 17:28

    Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

    Astana Beynəlxalq Sərgi Mərkəzində RES2026 regional ekoloji sammit çərçivəsində Azərbaycanın milli pavilyonu açılıb.

    "Report"un Qazaxıstan bürosu xəbər verir ki, ekspozisiya ölkənin dayanıqlı inkişaf sahəsində prioritetlərini, o cümlədən "yaşıl enerji"nin inkişafı üzrə layihələri və ekoloji texnologiyaların tətbiqini nümayiş etdirir.

    Pavilyonda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə təşəbbüslər təqdim olunub.

    Pavilyon həm də ekologiya və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş görüş və təqdimatların keçirilmə məkanı kimi xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR