Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Bakıda saxlanılan Qarabağ separatçılarının keçmiş liderlərinə baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, səfər fevralın sonunda baş tutub, həbs olunanlarla təkbətək görüşlər keçirilib, onlara ailə üzvləri ilə ünsiyyət imkanı yaradılıb.
“BQXK öz mandatına uyğun olaraq bu cür başçəkmələr zamanı məhbusların saxlanma şəraitini və onlarla rəftarını qiymətləndirir. BQXK həmçinin fərdlərlə onların ailələri arasında əlaqələrin bərpası və ya davam etdirilməsi üçün şərait yaradır”, - deyə Hüseynova qeyd edib.
Yada salaq ki, Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David Babayan, David İşxanyan, Lyova Mnatsakanyan, David Manukyan və Ruben Vardanyan Bakıda həbsdədirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.