AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Var-dövləti, bilik-bacarığı Tanrı xalq yolunda xərcləyənlərə bəxş edir!

  • + A
  • - A
  • 7-03-2024, 11:01

    Var-dövləti, bilik-bacarığı Tanrı xalq yolunda xərcləyənlərə bəxş edir!

    Prezident İlham Əliyevin hal-hazırda dünyada, Avropa ölkələrində sahib olduğu nüfuzu əslində real, həqiqi olan deyil, minimum 2-yə bölünmüş halıdır, səbəb Azərbaycan xalqı, milləti naminədir. Cənab Prezident əvvəllər çox uğurlu azad biznesmen idi, eyni zamanda həm özü, həm atası Rusiyada yüksək vəzifələrdə çalışırdılar, çox savadlı gənc idi, məkanından asılı olmayaraq gələcəyi hər yerdə parlaq, ən yüksək vəzifələrə namizəd görünən kadr idi. Azərbaycan Prezidenti olmağı seçməsəydi dünyada indikindən ən azı 2 dəfə çox böyük nüfuza malik ola bilərdi. Dünyada Azərbaycan xalqının xilası, alnıaçıqlığı üçün, Qarabağın azadlığı, millətin üzərindən namus ləkəsini təmizləmək üçün Azərbaycanın Rəhbəri oldu.

    "Milli Məclisdə xalqın xeyrinə hansı qanun qəbul edilib", cümləsi sual şəklində tez-tez işlənir, çox nankor, naşükr, məntiqsiz cümlədir. Zatən bütün qanunlar xalq üçün, xalqın xeyri üçün qəbul edilir. Azərbaycan dövlətini gözügötürməyən qüvvələr çoxdur. Rəhbər vəzifələrdə çalışan şəxslər böyük məsuliyyət və stres altında çalışırlar, rahatlıq və xoşbəxtliklərini dövlətə qurban ediblər. Hər kəs dövlətin yanında olmalıdır, birlik nümayiş etməlidir, "mənə az, sənə çox düşdü" deyilməməlidir, dövlətə varlanmaq mənbəyi kimi baxılmamalıdır, var-dövləti yalnız Tanrı nəsib edir, onun hərisi olmaq lazım deyil. Var-dövləti, bilik-bacarığı Tanrı xalq yolunda xərcləyənlərə bəxş edir!

    Prezident İlham Əliyev ömrünü həsr edib Vətən yolunda. Vətən üçün yaşamaq, onu inkişaf elətdirmək onun yolunda ölmək qədər şərəflidir, Atatürkündə oxumaq üçün tövsiyə etdiyi Finlandiya haqqında yazılan kitabda deyilir, bu həqiqətən də belədir.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR