AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya vətəndaş korrupsiya faktı ilə qarşılaşarsa...

  • + A
  • - A
  • 15-03-2024, 13:09

    Bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya vətəndaş korrupsiya faktı ilə qarşılaşarsa...

    Vətəndaşların nəzərinə

    Vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya korrupsiya faktı ilə qarşılaşarsa, hansı qaydada şikayət edilə bilər?

    Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana *(Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi)* və ya *məhkəməyə,* korrupsiya faktı ilə qarşılaşdıqda *Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə* zəng etməklə və ya birbaşa şikayət verilə bilər.

    Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.

    Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtinanın qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edir. Sonuncu halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR