AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada Baş prokuror istefa qərarı verdi

  • + A
  • - A
  • Bu gün, 10:02

    Ukraynada Baş prokuror istefa qərarı verdi

    Ukraynanın Baş prokuroru Ruslan Kravçenko vəzifəsindən ayrıldığını açıqlayıb.

    Kravçenko bununla bağlı şəxsi “Telegram” kanalında paylaşım edib. O, istefa qərarını siyasi qərar kimi qiymətləndirib və bu addımı düşünülmüş şəkildə atdığını bildirib.

    “Baş prokuror vəzifəsinin siyasi qarşıdurma vasitəsi kimi istifadə olunmasını istəmirəm”, - deyə Kravçenko qeyd edib.

    O, həmçinin ittihamlarla bağlı mövqeyinin dəyişmədiyini bildirib. Kravçenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Ali Radaya göstərilən etimada görə təşəkkür edib.

    Baş prokurorun istefası ölkədə korrupsiya ilə bağlı istintaq tədbirlərinin genişləndiyi dövrə təsadüf edib. Belə ki, Ukraynanın Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR