AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin baş naziri Netanyahu əməliyyatdan sonra özünə gəlib

  • + A
  • - A
  • 1-04-2024, 10:43

    İsrailin baş naziri Netanyahu əməliyyatdan sonra özünə gəlib

    İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra ailəsi ilə ünsiyyətdədir. Bu barədə Reuters xəstəxananın bəyanatına istinadən məlumat yayıb.

    Aprelin 1-nə keçən gecə məlum olub ki, siyasətçi yırtıq səbəbilə uğurlu əməliyyat keçirib.

    Xəstəxanadan agentliyə bildiriblər ki, Netanyahunun qohumları onun yanında olublar.

    Mətbuat əməliyyatın ümumi anesteziya altında keçirilməli olduğunu da yazıb. Cərrahiyyə əməliyyatı zamanı baş nazirin işlərinə İsrailin ədliyyə naziri Yariv Levin nəzarət edirdi.

    Bu, Netanyahunun ilk əməliyyatı deyil. Keçən iyul ayında ona Tel-Əvivdəki Şeba Tibb Mərkəzində ürək stimulyatoru quraşdırılıb. Sonra siyasətçi xəstəxanadan çıxarılaraq ertəsi gün işə qayıdıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR