AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüquq müdafiəçisi Nəsrin Sotudehin harada saxlanıldığı məlum deyil

  • + A
  • - A
  • Bu gün, 17:21

    Hüquq müdafiəçisi Nəsrin Sotudehin harada saxlanıldığı məlum deyil

    Hüquqşünas və insan haqları fəalı Nasrin Sotoudeh Tehranda saxlanıldıqdan sonra artıq 18 gündür ki, qeyri-müəyyən vəziyyətdə həbsdədir.
    Onun övladı Mehraveh Khadem bildirib ki, anası aprelin 18-də telefonla danışarkən deyib ki, o, İranın Kəşfiyyat Nazirliyinə aid saxlanma yerlərindən birində tutulur. Lakin o, ya saxlanıldığı yeri deməyə icazə almayıb, ya da özü də dəqiq bilmir. Buna görə də ailə hələ də onun harada olduğunu bilmir. Ailəsi bildirir ki, ona bir şey olsa, buna görə məsuliyyət Kəşfiyyat Nazirliyinin üzərinə düşür.
    İndiyə qədər onun niyə saxlanıldığı və ona hansı ittihamların irəli sürüldüyü barədə heç bir məlumat verilməyib.
    Nəsrin Sotudeh aprelin 1-də axşam saatlarında Tehrandakı evində saxlanılıb. Saxlanılarkən onun noutbuku və telefonları, həmçinin həyat yoldaşının elektron cihazları da götürülüb.
    Qeyd edək ki, Nəsrin Sotudeh daha əvvəl də fəaliyyətinə görə saxlanılıb və məhkum olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR