AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanunsuz balıq ovunun qarşısı alınır

  • + A
  • - A
  • 2-05-2024, 19:26

    Qanunsuz balıq ovunun qarşısı alınır

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

    Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Kür və Ağstafaçay çaylarından, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, eyni zamanda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzərin Astara rayonu akvatoriyasından ümumilikdə 5295 metr uzunluğunda 93 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. Aksiya çərçivəsində digər su hövzələrində də tədbirlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR