AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

  • + A
  • - A
  • 4-05-2024, 15:26

    Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

    Bakı Şəhər DYP İdarəsinin "Bakı Marafonu-2024" ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ

    “Bakı Marafonu 2024” ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

    Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR