AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

  • + A
  • - A
  • 4-05-2024, 22:30

    Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

    “Sağlamlığa Xidmət” İctimai Birliyinin və Vərəm Əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə bir qrup səhiyyə və ekologiya üzrə qeyri-hökumət təşkilatı Şuşada sağlamlıq və ətraf mühitin qorunması ilə əlaqədar tədbir keçirib.


    Vərəm Əleyhinə QHT Koalisiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi ilə bağlı olub. Tədbirdə, eyni zamanda, səhiyyənin idarə edilməsi sahəsində ölkəmizdəki son yeniliklər, o cümlədən vərəmlə mübarizə istiqamətində görülməsi planlaşdırılan gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin respublikada 2023-2024-cü illəri əhatələyən Qlobal Fond tərəfindən maliyyələşdirilən və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra edilən “Azərbaycanda vərəm stiqmasının qiymətləndirilməsi” layihəsinin nəticələri tədbir iştirakçılarına təqdim olunub.

    Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirdə açılış nitqi ilə çıxış edib.

    Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, COP29-un Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva QHT-lərin COP-da iştirakı ilə bağlı olan mexanizm barədə məlumat verib. Sonra “Qadın Gələcək və İnkişaf” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova COP28-lə bağlı təəssüratını, o cümlədən COP29-dan QHT-lərin gözləntiləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

    Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mətanət Qaraxanova “Ətraf mühit və Sağlamlıq” mövzusunda təqdimatla çıxış edib. Sonra tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR