AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Slavyan Universiteti Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin (TURKUNİB) üzvü oldu

  • + A
  • - A
  • 27-06-2024, 11:47

    Bakı Slavyan Universiteti Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin (TURKUNİB) üzvü oldu


    Tarixi köklərə əsaslanan Azərbaycan və Türkiyə əlaqələri gündən-günə genişlənir. Bu əlaqələr bütün sahələri əhatə edir. Bu mənada təhsil sahəsi də istisna deyildir. Bakı Slavyan Universiteti də Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında mühüm addımlar atır. Bakı Slavyan Universitetində Türkologiya kafedrası və Türk araşdırmaları tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. 2023/2024-cü tədris ilindən etibarən BSU-da Türk dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulu həyata keçirilir.
    Bakı Slavyan Universiteti 08.09.2023-cü il tarixində Türk Universitetlər Birliyinə üzv olmaq üçün müraciət etmişdir. Üzvlükdə əsas məqsəd tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyaların son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi, birgə elmi, akademik araşdırmaların təşkili, eləcə də tələbə və müəllimlərin mübadilə proqramlarında iştirakını təmin etməkdən ibarətdir. Türk Universitetlər Birliyinə üzvlük BSU üçün türk universitetləri arasında ikitərəfli elmi-akademik tərəfdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. BSU bu Birliyə üzv olmaq üçün müvafiq sənədləri hazırlayaraq müraciət etmişdir.
    2024-cü ilin mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleya iclası keçirilib. TÜRKÜNİB-ə müraciət etmiş 60 universitet, BSU da bu sırada olmaqla, birliyə üzv qəbul olunub. Ümumilikdə Türk Universitetlər Birliyinə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Macarıstan) 109 universitet üzvlüyə qəbul olunub.
    Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsi məqsədilə 29 mart 2013-cü ildə İstanbul şəhərində qurulmuşdur. İndiyədək TÜRKÜNİB-a Türkiyədən - 18, Qazaxıstandan – 7, Qırğızıstandan – 6, Özbəkistandan – 5, Macarıstandan – 1, Azərbaycandan isə 5 universitet üzv idi.
    BSU-nun bütün kollektivini, müəllim, tələbə heyətini möhtəşəm TÜRKÜNİB ailəsinin üzvlüyünə qəbul olunması münasibətilə təbrik edir və bu əməkdaşlığın türk dünyası ölkələri arasında elm, təhsil əlaqələrinin və ümumi ortaq dəyərlərin möhkəmlənməsi yolunda yeni uğurlara imkan, şərait yaradacağına inanırıq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR