Gürcüstan Prezidenti Salome Zurabişvili məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırsa, təəccüblü deyil.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçavariani bildirib.
“Biz artıq öyrəşmişik ki, Salome Zurabişvili ümumilikdə öz ritorikasını dəyişib. O, təkcə Mixail Saakaşvili ilə bağlı deyil, həm də radikal müxalifətlə bağlı mövqeyini dəyişib”, – Maçavariani bildirib.
Qeyd edək ki, hakim partiya təmsilçiləri hesab edir ki, Gürcü Arzusunun dəstəyi sayəsində prezident olan Zurabişvili indi radikal müxalifətə keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.