AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanına sel və daşqınlar düşüb

  • + A
  • - A
  • 8-08-2024, 11:50

    Səudiyyə Ərəbistanına sel və daşqınlar düşüb

    Səudiyyə Ərəbistanında leysan yağışların yaratdığı daşqınlar baş verib. Krallığın cənub-qərbindəki Cizan bölgəsində təbii fəlakət 7 nəfərin həyatına son qoyub. Azadmedia.az bu barədə Səudiyyə mediasına istinadən xəbər verir.

    Cizanda ölənlər arasında cənub-şərq əyalətindəki Əl-Arid və Əhəd əl-Masariha əyalətlərini birləşdirən yolda hərəkət edərkən avtomobilini su axınları aparan evli cütlük də var.

    Sabq xəbər portalının məlumatına görə, Sabiyə və Əbu-Ariş əyalətlərini birləşdirən körpünün qismən uçması nəticəsində daha bir kişi və onun həyat yoldaşı ölüb. Hadisə nəticəsində ailənin digər üzvləri xəsarət alıb.

    Daha sonra mülki müdafiə bölmələri Cizanda su basmış vadidə (dərə) ölən iki yeniyetmə və 35 yaşlı kişi də daxil olmaqla üç nəfərin cəsədini çıxarıb.

    Güclü yağış Cizanın müxtəlif bölgələrinə çərşənbə səhərinə kimi davam edib. Rayonda yağıntılı hava şəraitinin davam edəcəyi ehtimalı var.

    Bu arada, müsəlmanlar üçün müqəddəs Məkkə şəhərində çərşənbə axşamı yağan güclü yağış, dolu və güclü külək bəzi ərazilərdə dağıntılara səbəb olub.


    Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi krallığın bir sıra bölgələrində qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.

    Sakinlərə yağış və daşqınlar zamanı alçaq ərazilərə, su hövzələrinə və dərələrə getməyin arzuolunmazlığı barədə xəbərdarlıq edilib. Administrasiya sel sularında çimməkdən çəkinərək, bununla bağlı riskə işarə edib.

    Həmçinin ictimaiyyətdən administrasiya tərəfindən müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır.

    Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi (NCM) çərşənbə günü Cəzan, Nəcran, Məkkə və Mədinənin bəzi yerlərində dolu və görmə qabiliyyətinin pisləşməsi ilə müşayiət olunan orta və güclü tufanların davam edəcəyini proqnozlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR