Ermənistan polisi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz silahları təhvil verməyə çağırıb.
AzadMedia.az bu barədə "Sputnik-Armenia"ya istinadən xəbər verir.
Söhbət Qarabağ ermənilərinin özləri ilə gətirdikləri tüfənglər, qaz tapançaları və digər silahlardan gedir.
Silahların könüllü təhvil verildiyi halda, dövlət qeydiyyatına alındıqdan sonra həmin silahlara sahib olmaq üçün icazənin veriləcəyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.