AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistanın ən zəngin ailəsinin nə qədər pulu var? - Fantastik məbləğ

  • + A
  • - A
  • 10-08-2024, 12:00

    Hindistanın ən zəngin ailəsinin nə qədər pulu var? - Fantastik məbləğ


    Hindistanlı milyarder Mukeş Ambani ailəsinin sərvəti bütün Cənubi Asiya respublikasının ÜDM-nin demək olar ki, 10%-ni təşkil edir.

    Qaynarinfo xəbər verir ki, bu barədə "Hindustan Times” "Barclays-Hurun India Bank”ın hesabatına istinadən yazıb.

    Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard dollar səviyyəsində qiymətləndirilir.

    Ambaninin biznes imperiyası "Reliance Industries" ölkədəki ən böyük şirkətlər qrupudur. O, enerji, telekommunikasiya və pərakəndə satış sektorlarını əhatə edir.

    Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Neeraj Bajajın ailəsi qərarlaşıb. İlk üçlüyü 5,39 trilyon rupi ilə Kumar Birla ailəsi tamamlayır.

    Ümumilikdə Hindistanın üç ən böyük ailə biznesi Sinqapurun ÜDM-i ilə müqayisə oluna bilən 460 milyard dollarlıq aktivlərə malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR