Qırğızıstanın Manas hava limanı bomba təhlükəsi ilə bağlı məlumatdan sonra boşaldılır.
"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, partlayıcı qurğu ilə bağlı məlumat bu gün saat 17:00 radələrində daxil olub.
“Hazırda hava limanında əməkdaşların və ziyarətçilərin təxliyəsi davam edir”, - məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.