Almaniya kansleri Olaf Şolts Frankfurtda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə kansler “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Almaniya Ukraynanın Avropada ən güclü tərəfdarı olub və belə də qalmaqdadır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik”, - o bildirib.
Xatırladaq ki, V.Zelenski Almaniyada Ramşteyn formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.