Vaşinqton administrasiyası İranın İsrailə raket hücumu hazırladığına dair məlumat əldə edib.
Bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən məlumat yayıb
“ABŞ İranın yaxın gələcəkdə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığına dair məlumatlara malikdir. Biz İsrailə müdafiəyə hazırlaşmaqda yardım edəcəyik”, - materialda qeyd edilib.
Həmçinin bildirilib ki, yəhudi dövlətinə hücum olarsa, İran ciddi nəticələrlə üzləşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.