Mask Vensnin növbəti ABŞ prezidenti olacağına inanır

Məşhur iş adamı İlon Mask ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Vensin ölkənin növbəti rəhbəri olacağına inandığını bildirib.
Bu barədə ABŞ-ın "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Mask Trampın prezidentliyinin ilk dönəmində Hökumətin Səmərəliliyi Agentliyinə (DOGE) rəhbərlik edib və faktiki olaraq hazırkı ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.