AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə-Ermənistan sərhədindəki keçid məntəqəsində işlərin 90%-i tamamlanıb

  • + A
  • - A
  • 14-01-2026, 19:00

    Türkiyə-Ermənistan sərhədindəki keçid məntəqəsində işlərin 90%-i tamamlanıb


    Türkiyə-Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsində planlaşdırılan işlərin təxminən 90%-i tamamlanıb.

    Bu barədə Türkiyənin Iğdır vilayətinin rəhbərliyi məlumat yayıb.

    Bildirilir ki, işlər həm Iğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən “Alican” sərhəd-keçid məntəqəsində, həm də Ermənistanın Armavir bölgəsindəki “Marqara” sərhəd məntəqəsində aparılır.

    Layihə çərçivəsində Türkiyə tərəfində gömrük və digər prosedurlar üçün istifadə ediləcək binalar inşa edilir. Bundan əlavə, Ermənistandan Türkiyəyə səfər edəcək şəxsləri Iğdır şəhəri və bütövlükdə bölgə ilə tanış etmək məqsədi daşıyan lövhə və bannerlər quraşdırılıb.

    Iğdır vilayətinin valisi Ercan Turan işlərin gedişatı ilə yerində tanış olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR