AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Barcelona reysi zamanı “Türk Hava Yolları” təyyarəsində partlayış hədəsi səbəbindən təcili eniş protokolu tətbiq olundu

  • + A
  • - A
  • 15-01-2026, 21:08

    Barcelona reysi zamanı “Türk Hava Yolları” təyyarəsində partlayış hədəsi səbəbindən təcili eniş protokolu tətbiq olundu

    “Türk Hava Yolları”nın İstanbul – Barcelona reysi zamanı təyyarə təcili eniş protokolunu aktivləşdirməli olub. Səbəb isə sərnişinlərdən birinin uçuş zamanı Wi-Fi şəbəkəsinə “Threat Bomb” (“partlayış hədəsi”) adını verməsi olub. Bu barədə Anadolu Ajansı (AA) məlumat yayıb.
    Hadisə təyyarə Barcelona hava limanına enərkən aşkar olunub. Uçuş normal şəkildə başa çatsa da, fövqəladə eniş protokolu tətbiq olunub və uçuşdan dərhal sonra İspaniyanın təhlükəsizlik xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına uyğun yoxlamalara başlayıb.
    Barcelona hava limanının operatoru Aena təsdiqləyib ki, insidentə baxmayaraq hava limanının fəaliyyəti normal davam edir. Təhlükəsizlik xidmətləri vəziyyəti qiymətləndirir, lakin sərnişinlərin uçuşu və xidmətləri pozulmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR