AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moldova MDB-dən çıxır

  • + A
  • - A
  • 19-01-2026, 22:27

    Moldova MDB-dən çıxır

    Moldova MDB tərkibindən çıxmağa imkan verəcək əsas sazişlərin ləğvi proseduruna başlayıb.

    Bu barədə "Radio Moldova"nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib.

    "Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin - MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb", - nazir bildirib.

    Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq.

    "De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək", - deyə Popşoy vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR