AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

  • + A
  • - A
  • 23-01-2026, 21:45

    Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb


    İtaliyanın Baş naziri Ciorcia Meloni Aİ sammitinin qapalı müzakirələrində həmkarlarını ABŞ Prezidenti Donald Trampa qarşı çıxmağın "pis fikir" olduğu barədə xəbərdarlıq edib.

    Bu barədə "Politico" anonim mənbələrə istinadən yazıb.

    Mənbələrin sözlərinə görə, İtaliyanın hökumət başçısı bəyan edib ki, ABŞ ilə münaqişə durumunda Avropa hər şeyi itirə bilər.

    "Politico"nun mənbələrinin bildirdiyinə görə, Meloni sakitliyi qorumağa və Trampı hesabdan silməməyə çağırıb.

    Nəşrin qeyd etdiyi kimi, Aİ-nin təcili sammiti Trampın Qrenlandiya üzərində nəzarətlə bağlı tələbinə razı olmayan səkkiz Avropa ölkəsinə qarşı tariflər tətbiq etmək niyyətinə cavab olaraq çağırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR