AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Kosmik Agentliyi “Draco” adlı yeni missiyanı rəsmi olaraq təsdiqləyib.

  • + A
  • - A
  • Dünən, 23:06

    Avropa Kosmik Agentliyi “Draco” adlı yeni missiyanı rəsmi olaraq təsdiqləyib.


    Avropa Kosmik Agentliyi (ESA) “Draco” adlı yeni missiyanı rəsmi olaraq təsdiqləyib. Layihə çərçivəsində xüsusi hazırlanmış peyk Yer atmosferinə yenidən daxil olarkən qəsdən məhv ediləcək və bu proses real vaxt rejimində tədqiq olunacaq.
    Space.com saytının məlumatına görə, missiyanın əsas məqsədi kosmik aparatların materiallarının yüksək temperatur və aerodinamik yüklər altında necə parçalandığını öyrənməkdir. Bu məlumatlar gələcəkdə tam yanaraq yox olan və kosmik tullantı yaratmayan peyklərin hazırlanmasına imkan verəcək.
    Çəkisi 150–200 kiloqram olan “Draco” peykinin 2027-ci ildə orbitə buraxılması planlaşdırılır. Orbitə çıxdıqdan təxminən 12 saat sonra peyk okeanın yaşayış olmayan ərazisi üzərində atmosferə daxil olacaq. Aparatda quraşdırılmış 200 sensor və 4 kamera temperaturu, mexaniki yükləri, təzyiqi və materialların parçalanma prosesini qeydə alacaq.
    Toplanan məlumatlar xüsusi kapsulda saxlanılacaq və paraşüt vasitəsilə ötürüləcək. ESA bu missiyanın 2030-cu ilə qədər kosmik tullantıların tam aradan qaldırılmasını nəzərdə tutan “Zero Debris” strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR