BMT Əfqanıstan və Pakistan arasında baş verən qarşıdurmalara cavab verib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk sərhəddə qarşıdurmalar və ölümlə nəticələnən hava hücumları fonunda Əfqanıstan və Pakistan arasında siyasi dialoqa çağırıb. O, həmçinin qadın və qızların hüquqlarını ciddi şəkildə pozmaqda davam edən faktiki Taliban hakimiyyətinin “aparteidə bənzər” fərmanların sərtləşdirilməsini pisləyib.
“Vəziyyət təcili siyasi dialoq tələb edir, gücün daha da eskalasiyasını yox”, - o deyib.
BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) məlumatına görə, 2025-ci ilin son üç ayında ölkədə 70 dinc sakin həlak olub, daha 478 nəfər yaralanıb. “Bu həftə Pakistanın hava hücumları nəticəsində itkilər yenidən qeydə alınıb – 13 mülki vətəndaş həlak olub, bir neçəsi yaralanıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.