Bir neçə” Amerika hərbi təyyarəsi Küveytdə qəzaya uğrayıb

Küveyt hakimiyyəti dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb...
Küveytin Müdafiə Nazirliyi bildirib ki, “bir neçə” Amerika hərbi təyyarəsi ölkədə qəzaya uğrayıb, bütün ekipaj üzvləri sağ qalıb, Əl-Cəzirə xəbər verir.
Küveyt səlahiyyətliləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb, bütün ekipaj üzvləri xəstəxanaya çatdırılıb; onların vəziyyəti stabildir.
Küveyt hakimiyyəti ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.