Kir Starmer. Böyük Britaniya hökuməti “göydən rejim dəyişikliyinə” inanmır

Böyük Britaniyanın baş naziri Keir Starmer hökumətin “göydən rejim dəyişikliyinə” inanmadığını bəyan edib. Bu açıqlama onun ABŞ prezidenti Donald Trump ünvanına indiyədək verdiyi ən sərt mesaj kimi qiymətləndirilir.
Baş nazir parlamentdə çıxışı zamanı Yaxın Şərqdə hər hansı hərbi müdaxilənin qanuni əsaslara söykənməli və diqqətlə planlaşdırılmalı olduğunu vurğulayıb. Bu barədə The Telegraph nəşri məlumat yayıb.
Məlumata görə, Starmer əvvəlcə ABŞ-ın İrana zərbələr endirməsi üçün Britaniya hərbi bazalarından istifadə etməsinə mane olub. “The Telegraph”a eksklüziv müsahibəsində Tramp Starmerin qərarından “çox məyus olduğunu” bildirib.
İcmalar Palatasında çıxış edən Starmer qeyd edib ki, Böyük Britaniyanın mümkün əməliyyatda iştirakı yalnız qanuni əsas və “çatdırılması mümkün olan real məqsədlərlə hazırlanmış, diqqətlə düşünülmüş plan” olduqda mümkündür.
“Bu hökumət göydən rejim dəyişikliyinə inanmır”, — deyə baş nazir vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.