BƏƏ Hörmüz boğazının təhlükəsizliyində iştirak edə biləcəyini açıqlayıb

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşəbbüsdə iştirak edə bilər.
Bu barədə BAƏ prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş Council on Foreign Relations analitik mərkəzində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, BAƏ digər ölkələrlə birlikdə Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasında müəyyən rol oynaya bilər.
Qərqaş qeyd edib ki, bu proses ABŞ-ın rəhbərliyi ilə formalaşan beynəlxalq təşəbbüsün bir hissəsi kimi nəzərdən keçirilir. O vurğulayıb ki, məsuliyyət yalnız ABŞ-ın üzərinə düşməməlidir.
“Bu, həm Asiya ölkələrinin, həm region dövlətlərinin, həm də Avropa ölkələrinin ortaq məsuliyyəti olmalıdır”, – deyə o əlavə edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.