AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TRAMP: “SİVİLİZASİYA MƏHV OLA BİLƏR” ABŞ PREZİDENTİ İRANA ZƏRBƏLƏR HAQQINDA DANIŞDI

  • + A
  • - A
  • 7-04-2026, 16:29

    TRAMP: “SİVİLİZASİYA MƏHV OLA BİLƏR”  ABŞ PREZİDENTİ İRANA ZƏRBƏLƏR HAQQINDA DANIŞDI


    Donald Trump İran ərazisinə mümkün zərbələrin ciddi nəticələrə səbəb ola biləcəyini açıqlayıb.

    ABŞ prezidenti bildirib ki, belə hücumlar nəticəsində “bütöv bir sivilizasiya məhv ola bilər” və bunun geri dönüşü mümkün olmayacaq.

    Onun sözlərinə görə, bu ssenarinin baş verməsini istəməsə də, hadisələrin bu istiqamətdə inkişaf ehtimalı yüksəkdir.

    Truth Social platformasında paylaşım edən Tramp əlavə edib ki, hazırda İranda hakimiyyətdə olan qüvvələr daha “ağıllı və az radikal” yanaşma sərgiləyir və gün ərzində müsbət dəyişikliklərin baş verəcəyinə ümid edir.

    ABŞ prezidenti baş verənləri “dünya tarixinin ən mühüm və mürəkkəb anlarından biri” kimi qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR