AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NBC News: ABŞ və İran arasında yeni danışıqlar bu həftə keçirilə bilər

  • + A
  • - A
  • 14-04-2026, 22:24

    NBC News: ABŞ və İran arasında yeni danışıqlar bu həftə keçirilə bilər


    ABŞ ilə İran arasında yeni birbaşa danışıqlar raundunun artıq bu həftə baş tuta biləcəyi bildirilir. Bu barədə NBC News iki mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, ötən həftəsonu İslamabad şəhərində ABŞ-ın vitse-prezidenti J.D. Vance rəhbərliyi ilə keçirilən görüşlərdə müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmayıb.

    Bununla belə, həm ABŞ prezidenti Donald Trump, həm də Vens gələcək danışıqlara ümid etdiklərini bildiriblər. Bu, ABŞ qüvvələrinin İran limanlarına giriş-çıxışı məhdudlaşdıran blokada tətbiq etməsinə baxmayaraq baş verir.

    Danışıqlarda əsas mübahisə mövzularından biri Hörmüz boğazı üzərindən sərbəst gəmiçiliyin bərpasıdır. Digər mühüm məsələ isə İranın nüvə proqramı ilə bağlıdır.

    Mənbələrin sözlərinə görə, ABŞ İranın uranın zənginləşdirilməsi fəaliyyətini 20 il müddətinə dayandırmasını tələb edib. İran isə bu müddətin 3–5 il olmasını təklif edib ki, bu da Tramp tərəfindən qəbuledilməz sayılıb.

    Bundan əlavə, ABŞ İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı ölkədən çıxarmasını istəyib. İran isə bunun əvəzinə daha az təhlükəli material əldə etmək üçün yüksək zənginləşdirilmiş uranın daha aşağı səviyyəli uranla qarışdırılmasını nəzərdə tutan “nəzarətli seyreltmə” prosesinə razı olduğunu bildirib.
    Qeyd edək ki, tərəflər arasında növbəti danışıqların nəticəsi regiondakı gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR