Londonda Şekspirin “itmiş evi”nin dəqiq yeri müəyyən edilib

Londonda tarixçilər məşhur ingilis dramaturqu William Shakespeare-in 1613-cü ildə aldığı evin dəqiq yerini müəyyən ediblər. Bu barədə King's College London məlumat yayıb.
Tədqiqatçılar XVII əsrə aid Blekfryars rayonunun planı və evin satışı ilə bağlı hüquqi sənədlər daxil olmaqla üç arxiv sənədi aşkar ediblər. Bu materiallar yalnız binanın yerləşdiyi yeri deyil, həm də onun planını dəqiqləşdirməyə imkan verib.
Məlumata görə, ev Sent-Endryus-Hill küçəsində yerləşib və sahəsi təxminən 50–60 kvadratmetr olub. Tikili 1666-cı ildə baş vermiş Great Fire of London zamanı məhv edilib.
Alimlərin fikrincə, evin ölçüləri və teatra yaxınlığı Şekspirin yaradıcılığının son illərində Londonda az olması ilə bağlı yayılmış fikirləri şübhə altına alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.