Livan Prezidenti Trampa təşəkkür edib

Livan Prezidenti Joseph Aoun ABŞ Prezidenti Donald Trump-a sülhün təmin olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
Bu barədə Al Jazeera Livan prezidentinin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı zamanı Aun davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri yüksək qiymətləndirib. O, həmçinin atəşkəsin mümkün qədər tez əldə olunması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində Tramp Livana və onun prezidentinə dəstəyini ifadə edib və rəsmi Beyrutun atəşkəsin qısa müddətdə əldə olunması ilə bağlı müraciətinə sadiq qaldığını bildirib.
Açıqlamada qeyd olunub ki, tərəflər bölgədə sabitliyin bərpası üçün əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.