AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İranla razılaşmanın yaxın günlərdə əldə olunacağını gözləyir

  • + A
  • - A
  • Bu gün, 21:46

    Tramp İranla razılaşmanın yaxın günlərdə əldə olunacağını gözləyir

    ABŞ prezidenti Donald Trump İranla mümkün razılaşmanın yaxın “bir-iki gün” ərzində əldə oluna biləcəyini açıqlayıb. O, bu barədə Axios nəşrinə müsahibəsində danışıb.

    Tramp bildirib ki, ABŞ və İran nümayəndələri bu həftəsonu görüşə bilər və yekun razılaşmanın əldə olunması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, İran tərəfi danışıqlarda maraqlıdır və razılaşma əldə etmək istəyir.

    ABŞ prezidenti qeyd edib ki, mümkün razılaşma İsrail üçün təhlükəsizliyi təmin edəcək və ölkə müharibədən “şərəflə çıxacaq”. Eyni zamanda, o, atəşkəs razılaşması çərçivəsində İsrailin Livan ərazisinə zərbələrinin dayandırılmasını istədiyini vurğulayıb.

    Tramp daha əvvəl Reuters агентliyinə açıqlamasında ABŞ-ın İranla zənginləşdirilmiş uranın ölkəyə qaytarılması məsələsində əməkdaşlıq edəcəyini bildirib. O, bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyini qeyd edib.

    ABŞ lideri əlavə edib ki, razılaşmanın yekunlaşdırılması üçün əlavə danışıqlara ehtiyac var və bu görüşlərin də yaxın günlərdə keçirilməsi planlaşdırılır. Tramp həmçinin bildirib ki, razılaşma əldə olunacağı təqdirdə İslamabad şəhərinə səfər etməsi mümkündür, lakin bu barədə hələ yekun qərar verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR