Yaxın Şərqdə gərginlik davam edir

ABŞ və İran arasında danışıqlar prosesi qeyri-müəyyən olaraq qalır. Tehran öz şərtlərinin yerinə yetirilməsində israr edir, Vaşinqton isə regionda hərbi mövcudluğunu artırır. Bu fonda ABŞ atəşkəs rejimini uzadıb.
ABŞ prezidenti Donald Trump İranla atəşkəs rejiminin uzadıldığını açıqlayıb. O bildirib ki, dəniz blokadasının aradan qaldırılması halında İranla hər hansı razılaşma mümkün olmayacaq.
Eyni zamanda, İran hələlik rəsmi mövqeyini açıqlamayıb. Bu barədə Tasnim News Agency məlumat yayıb.
İran parlamenti spikerinin müşaviri Məhdi Məhəmmədi isə bildirib ki, atəşkəsin uzadılması ABŞ-a İrana qarşı yeni zərbə endirmək imkanı yarada bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.