MELANİYA TRAMP BAL İSTEHSALINI ARTIRMAĞI HƏDƏFLƏYİR

ABŞ-ın birinci xanımı Melaniya Tramp Vaşinqtonda yerləşən Ağ Ev ərazisində yeni arı yeşiyi quraşdırıb.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, layihə bal istehsalı və arıçılıq proqramının genişləndirilməsi çərçivəsində həyata keçirilib. Yeni yeiyin illik bal istehsalını təxminən 13,6 kiloqram artıracağı gözlənilir.
Bildirilib ki, əldə olunan bal Ağ Evdə hazırlanan yeməklərdə istifadə olunacaq, həmçinin ABŞ prezidenti Donald Trump və birinci xanım adından rəsmi hədiyyə kimi təqdim ediləcək və yerli xeyriyyə təşkilatlarına sağlam qida kimi bağışlanacaq.
Qeyd olunub ki, yeni arı yeiyi eyni zamanda maarifləndirici məqsəd daşıyır. Belə ki, Ağ Evin Cənub çəmənliyini ziyarət edənlər arı koloniyasının fəaliyyəti ilə yaxından tanış olmaq və tozlanma prosesi haqqında daha çox məlumat əldə etmək imkanı qazanacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.