ABŞ-də Trampın qolf kurortunda qızıl örtüklü heykəli quraşdırılıb

ABŞ-ın Florida ştatında yerləşən Tramp National Doral qolf kurortunda ABŞ prezidenti Donald Trump-ın qızıl örtüklü heykəli quraşdırılıb. Bu barədə Golfweek jurnalı məlumat yayıb.
Məlumata görə, heykəl pozolotlu bürüncdən hazırlanıb və kifayət qədər iri ölçülərə malikdir. Peşəkar qolfçu Maverick McNealy heykəli “çox hündür və çox qızılı” kimi xarakterizə edib.
Bildirilib ki, heykəlin müəllifi heykəltəraş Alan Cottrill-dır. Əsər ABŞ prezidentinin 2024-cü ildə ona qarşı törədilmiş sui-qəsd cəhdindən sonrakı anı təsvir edir. Heykəlin hündürlüyü postamentlə birlikdə 6,7 metr, postsamentsiz isə 4,5 metr təşkil edir.
Qeyd edək ki, Donald Tramp qolf idmanına xüsusi marağı ilə tanınır. Daha əvvəl HuffPost portalı yazıb ki, onun Floridadakı qolf sahələrində keçirdiyi istirahət vaxtı, 20 yanvar tarixində yenidən Ağ Evə qayıdışından bəri ABŞ vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.
Yüksək xərclər əsasən geniş ərazilərin mühafizəsi ilə bağlıdır. Təhlükəsizlik tədbirləri çərçivəsində ABŞ Sahil Mühafizəsi qüvvələrinin gəmiləri və çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunur. Məlumata görə, Trampın ilk prezidentlik dövründə qolf oyunları zamanı təhlükəsizlik xərcləri ümumilikdə 151,5 milyon dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.