ABŞ Aİ-dən idxal olunan avtomobillərə rüsumları artırır

ABŞ prezidenti Donald Trump bildirib ki, Avropa İttifaqı razılaşdırılmış ticarət şərtlərinə əməl etmədiyi üçün yeni addım atılır. Onun sözlərinə görə, gələn həftədən etibarən Aİ-dən ABŞ-a idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan rüsumlar 25 faizə qaldırılacaq.
Tramp vurğulayıb ki, əgər avtomobil və yük maşınları ABŞ ərazisində istehsal olunarsa, bu məhsullara rüsum tətbiq edilməyəcək. O qeyd edib ki, hazırda ABŞ-da avtomobil sənayesinə 100 milyard dollardan çox investisiya yatırılıb və çoxsaylı zavodların tikintisi davam edir.
Prezident əlavə edib ki, bu zavodlar yaxın zamanda fəaliyyətə başlayacaq və ABŞ tarixində avtomobil sənayesində belə genişmiqyaslı inkişafın analoqu olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.