AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ VƏ İRAN ARASINDA SÜLH SAZİŞİ LAYİHƏSİ HAZIRLANIB

  • + A
  • - A
  • Bu gün, 16:24

    ABŞ VƏ İRAN ARASINDA SÜLH SAZİŞİ LAYİHƏSİ HAZIRLANIB


    ABŞ və İran arasında mümkün sülh sazişi layihəsi hazırlanıb. Bu barədə “Al Hadath” telekanalı sənədə istinadən məlumat yayıb. Bildirilir ki, razılaşma çərçivəsində Vaşinqton İranın sənəddə əks olunan bütün şərtləri tam yerinə yetirməsi müqabilində Amerika sanksiyalarını mərhələli şəkildə ləğv etməyə hazırdır.

    Məlumata görə, layihədə tərəflərin hərbi, mülki və iqtisadi infrastruktur obyektlərinə hücumları dayandırması, eləcə də “bütün cəbhələrdə” hərbi əməliyyatlara son qoyması nəzərdə tutulur.

    Sənəddə həmçinin Vaşinqton və Tehranın gələcəkdə mümkün münaqişələrin tənzimlənməsi üçün birgə mexanizm yaratmaq niyyətində olduğu qeyd edilir.

    ABŞ prezidenti Donald Trump isə bundan əvvəl İranla münaqişənin “tezliklə, çox tezliklə başa çatacağını” bəyan edib.

    Donald Tramp əlavə edib ki, Vaşinqton İranın Hörmüz boğazından gəmi keçidinə görə ödəniş almasının əleyhinədir. ABŞ prezidenti həmçinin İran uranının utilizasiya məqsədilə ölkədən çıxarılmasını istədiklərini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR