Filippinin Anheles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.
Bu barədə "GMA News" televiziya kanalı məlumat yayıb.
Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının başlandığını açıqlayıb. Dağıntılar altından təxminən 10 nəfər təkbaşına çıxa bilib.
Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayonun sözlərinə görə, dağıntılar altında təxminən 30-40 tikinti işçisi qalmış ola bilər.
"Hadisə qonşu binaya da təsir edib. 51 yaşlı Malayziya vətəndaşı olan bir turist dağıntılar altında qalıb və xilas edilib", - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.