AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFAD nümayəndələrinin iştirakı ilə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

  • + A
  • - A
  • 19-12-2022, 21:51

    AFAD nümayəndələrinin iştirakı ilə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

    14-17 dekabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə və beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etməyə hazırlığın daha da yüksəldilməsi məqsədilə təşkil olunan bu dəfəki təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.

    Əvvəlcə Nazirliyin inzibati binasında Türkiyədən olan ekspertlərlə birgə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək birgə tədbirlərlə bağlı bir sıra məsələlərə toxunulub.

    Sonra Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda taktiki-xüsusi təlimə hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə taktiki-xüsusi təlimin məqsəd və vəzifələri müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev beynəlxalq humanitar əməliyyatlar zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O da bildirilib ki, bu dəfəki taktiki-xüsusi təlimin gecə və gündüz saatlarında reallaşdırılacaq. Türkiyəli mütəxəssislər – INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrup rəhbəri Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvü, BAXD mentoru Haluk Önay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvləri Fidan Taşdemir və Süleyman Yıldız təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər.

    Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Daha sonra təlimə start verilib. Müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər həyata keçirilib. Eləcə də gecə və gündüz saatlarında beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyədən olan ekspertlər tərəfindən yaxından izlənilib.

    Sonda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan bu taktiki-xüsusi təlim geniş müzakirə olunub. Təlimdə iştirak edən şəxslərə müvafiq sertifiklatlar təqdim olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR