AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TRAMP NATO-NUN ANKARA SAMMİTİNDƏ İŞTİRAK ETMƏYİ PLANLAŞDIRIR

  • + A
  • - A
  • Bu gün, 20:59

    TRAMP NATO-NUN ANKARA SAMMİTİNDƏ İŞTİRAK ETMƏYİ PLANLAŞDIRIR

    ABŞ Prezidenti Donald Trump iyul ayında keçiriləcək NATO sammitində iştirak etmək üçün Ankaraya səfər etməyi planlaşdırır. Bu barədə Middle East Eye nəşri məlumat yayıb.
    Məlumata görə, Tramp mayın 20-də Recep Tayyip Erdoğan ilə telefon danışığı zamanı sammitə qatılmaq niyyətini bildirib. Nəşrin mənbələri qeyd edir ki, ABŞ liderinin səfəri baş tutarsa, bu, NATO-nun son onilliklərdəki ən mühüm görüşlərindən birinə çevrilə bilər.

    Qeyd olunur ki, Vaşinqtonun Avropadakı hərbi qüvvələrinin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda keçiriləcək sammit alyans üçün xüsusi əhəmiyyət daşıyır. Tramp daha əvvəl ABŞ-ın NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini və alyansın fəaliyyətindən narazı olduğunu bildirmişdi.

    Türkiyənin xarici işlər naziri Hakan Fidan isə açıqlamasında bildirib ki, Ərdoğan son bir ay ərzində Trampla bir neçə dəfə danışıb və ABŞ prezidenti bu söhbətlərin heç birində sammiti buraxacağına işarə etməyib.

    Mənbələrin sözlərinə görə, Ərdoğanın iyunun 25-də Los-Ancelesdə keçirilməsi planlaşdırılan ABŞ–Türkiyə futbol matçı zamanı da Trampla görüşmək istədiyi ehtimal edilir. Bununla belə, həmin səfərlə bağlı yekun qərar hələ qəbul olunmayıb.
    Avropalı rəsmilər NATO-nun Ankara sammitini alyansın gələcəyi baxımından kritik görüş kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ-ın Avropanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinə dair qeyri-müəyyənlik sammitin əhəmiyyətini daha da artırır.

    NATO-nun baş katibi Mark Rutte və digər Avropa liderlərinin sammit zamanı Trampı alyansın transatlantik təhlükəsizlik üçün vacibliyinə inandırmağa çalışacaqları gözlənilir. Bəzi diplomatlar isə ABŞ qoşunlarının Avropadan mümkün çıxarılmasının kəskin deyil, mərhələli şəkildə həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR