AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ VƏ İRAN ARASINDA TƏZMİNAT MƏSƏLƏSİ MÜZAKİRƏLƏRİ ÇƏTİNLƏŞDİRİR

  • + A
  • - A
  • Bu gün, 12:15

    ABŞ VƏ İRAN ARASINDA TƏZMİNAT MƏSƏLƏSİ MÜZAKİRƏLƏRİ ÇƏTİNLƏŞDİRİR


    ABŞ və İran arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlarda əsas mübahisə mövzularından biri ABŞ zərbələri nəticəsində dəyən zərərin kompensasiyası olaraq qalır. Bu barədə CNN telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

    Məlumata görə, İran vasitəçilər vasitəsilə bildirib ki, ABŞ-la yekun saziş imzalanan kimi kompensasiya almaq istəyir və vəsaitin daha sonrakı mərhələdə ödənilməsini qəbul etmir.

    Vaşinqton isə hesab edir ki, İranın dondurulmuş maliyyə vəsaitlərinin münaqişənin həllinin ilkin mərhələsində sərbəst buraxılması ABŞ-ın Tehrana təsir göstərmək üçün əlində olan əsas təzyiq mexanizmlərindən birini zəiflədə və ya tamamilə aradan qaldıra bilər.

    CNN-in mənbələrinin bildirdiyinə görə, Donald Trump müşavirlərinə ABŞ-ın İrana birbaşa maliyyə vəsaiti ayırmasını nəzərdə tutan sazişi imzalamayacağını bildirib.

    Bununla yanaşı, tərəflər İranın yenidənqurma layihələrinin maliyyələşdirilməsi üçün xüsusi investisiya fondunun yaradılmasını da müzakirə ediblər. Mənbələrin sözlərinə görə, Vaşinqton və Tehran yekun razılığa gəldikdən sonra bu fond vasitəsilə ölkənin bərpasına milyardlarla dollar vəsait yönəldilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR