AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

  • + A
  • - A
  • Bu gün, 12:59

    İndoneziyada Semeru vulkanı yenidən püskürüb

    İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Mount Semeru vulkanı yenidən aktivləşib. İyunun 10-da yayılan məlumata görə, son sutka ərzində vulkanda azı dörd püskürmə qeydə alınıb.

    İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatına əsasən, püskürmə nəticəsində kül sütunu vulkanın zirvəsindən 1,2 kilometr yüksəyə qalxıb. Bu isə dəniz səviyyəsindən təxminən 4 876 metr hündürlüyə çatıb.

    Mütəxəssislər yerli sakinlərə və turistlərə vulkan kraterindən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə ediblər. Xəbərdarlıq vulkanın isti daşlar püskürtməsi, lava axınları, qızğın kül buludları və çay vadiləri boyunca sel təhlükəsi ilə əlaqədardır.

    Qeyd edək ki, Semeru vulkanı İndoneziyanın dördüncü ən hündür vulkanı olmaqla yanaşı, Yava adasının ən yüksək nöqtəsi hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR