Fond bazarları Trampın İranla bağlı qərarından sonra kəskin yüksəlib

ABŞ fond bazarları cümə axşamı sessiyasını əhəmiyyətli artımla başa vurub. Artım ABŞ Prezidenti Donald Trump-ın İrana planlaşdırılan güclü hərbi zərbəni ləğv etməsi və Tehranla sülh sazişinin “çox yaxın” olduğunu bildirməsindən sonra sürətlənib.
Məlumata görə, S&P 500 indeksi ticarətin bağlanışında 1,75% artaraq 7.394,30 bəndə yüksəlib. Dow Jones indeksi 1,86% artaraq 50.848,75 bəndə çatıb, Nasdaq isə 2,54% yüksələrək 25.809,66 bənd səviyyəsində bağlanıb.
Analitiklər bildirirlər ki, geosiyasi gərginliyin azalması investorların riskə daha çox meyl etməsinə səbəb olub və bu da texnologiya səhmləri başda olmaqla bazarlarda genişmiqyaslı yüksəlişi dəstəkləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.