Bloomberg: Tramp Avropada raketlərin lisenziyalı istehsalını təşkil etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trump Amerika şirkətlərindən raketlərin lisenziya əsasında Avropada və Ukraynada istehsalını təşkil etməyi xahiş etməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ-ın raket arsenalı İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı əhəmiyyətli dərəcədə azalıb və ehtiyatların bərpası müəyyən vaxt tələb edir. Bu səbəbdən Donald Tramp Vaşinqtonun müttəfiqlərinə ABŞ hüdudlarından kənarda raket istehsalına lisenziya verilməsi imkanını nəzərdən keçirəcəyini bildirib.
Xəbərdə qeyd olunur ki, belə bir addım həm ABŞ-ın öz ehtiyatlarının daha sürətli bərpasına, həm də Avropa ölkələrinin və Ukraynanın müdafiə sənayesinin gücləndirilməsinə xidmət edə bilər.
Bundan əvvəl Donald Tramp administrasiyasının Ukraynanın ABŞ istehsalı olan Patriot zenit-raket kompleksləri üçün raketlərin ölkə daxilində istehsalına icazə verilməsi ilə bağlı müraciətini araşdıracağını da açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.