İsrail ordusu: 7 oktyabr hücumunda iştirak etmiş HƏMAS komandiri zərərsizləşdirilib

İsrail Müdafiə Qüvvələri və ölkənin Daxili Təhlükəsizlik Xidməti Qəzza zolağının cənubunda keçirdikləri birgə əməliyyat zamanı HƏMAS-ın xüsusi təyinatlı "Nuxba" bölməsinin komandirlərindən biri olan Zəki Yusif Mahmud Əbu Mustafanın zərərsizləşdirildiyini açıqlayıb.
SAXAL-ın iyunun 21-də yaydığı məlumata görə, Əbu Mustafa 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı Nir-Oz kibbutsuna daxil olaraq hücumlarda iştirak edib.
İsrail ordusunun iddiasına əsasən, o, həmçinin hərbi fəaliyyət üçün xəstəxanalardan istifadə edib və atəşkəs razılaşmasını pozaraq "İslami Cihad" qruplaşmasının hərbi potensialını bərpa etməyə çalışıb.
Qeyd edək ki, bu məlumat İsrail ordusunun rəsmi açıqlamasına əsaslanır. HƏMAS tərəfindən hələlik məsələ ilə bağlı rəsmi təsdiq və ya təkzib açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.